Xəbər lenti

Tərtərli sahibkar İlham Əliyevdən kömək istədi
Ölkə16:33 19.07.2015

Tərtərli sahibkar İlham Əliyevdən kömək istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tərtər rayonunda yaşayan sahibkar Musayev Kənan Hacı oğlu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
Qaynar.info saytı həmin müraciəti təqdim edir.
Cənab Prezident yazıb sizə bildirirəm ki,  mən evimin qarşısında  qanuni şəkildə tikdirdiyim mağazada kicik sahibkarlıqla məşqul oluram. 2015-ci il mart ayının sonlarında rəis müavini Nəbi Məmmədov mənə zəng edərək, mağazanın qarşısında görüşdük. O mənə bildirdiki rəisə 3000 azn hörmət etmək lazımdır. Mən ona bildirəndə ki heç bir cinayətim olmadığı halda nəyə görə rəisə pul verməliyəm? Nəbi məllim mənə bildirdi ki, bilmirsən iki mərtəbəli mağaza işlədəndə rəis səndən pul istəyəcək. Mən ona bildirdim ki sizə veriləsi pulum yoxdur, o isə gedərək mənə bildirdi ki onda buralardan köç get səni ilişdirəcəklər. Bu hadisədən təxminən 3-4 gün sonra baş əməliya müvəkkili Natiq Mirzəyev mağazanı şərik işlətdiyim Sənan adlı şəxsi çayxanada görərək ona bildirib ki, Kənana denən mənimlə görüşsün rəisin hörmətini eləmək lazımdır, yoxsa onun üçün yaxşı qutarmayacaq. Mən Natiq Mirzəyevə zəng edərək onunla mağazanın qarşısında görüşdüm, cox mübahisə edəndən sonra Natiq mənə bildirdi ki onsuzda rəisə pul verməsən atan 1949-cu ildə Ermənistandan deportasiya olunduğu kimi sənidə Tərtərdən deportasiya edəcəyik. Cənab Prezident dəfələrlə DİN-nə məktub yazandan sonra Ramil Usubov cənabları 30.05.2015-ci il tarixdə Bərdə şəhərində şikayətçiləri qəbul edərkən, mənidə qəbul etdi. Mən orda başıma gələn hadisəni Cənab Nazirə danışdım və dedim ki bunları təsdiq edən telefon danışığı olan disk var (o telefon danışığı olan diskdə Nəbi Məmmədov təsdiq edir ki mən Natiqə deyəndəki sən Kənandan niyə gedib pul istəmisən o mənə bildirdiki mən özbaşına deyiləm və Nəbi Məmmədov paqonu nəlayiq söyüşlər ilə təhqir edir hansı ki o paqonu dahi şəxsiyətlər gəzdirir). Nazir məndən diski götürmədi, rəisə isə dedi ki sizə demişəm sahibkarları incitməyin bu nə məsələdir?  Rəis özünü itirərək 8 generalın, 12 rayonun rəislərinin yanında Nazirin gözünə baxaraq yalandan dedi ki Kənanı ona görə incidirik (yəni rüşvət istiyirik) ki, onun qayni Nicat Suriyada yaralanıb qaynatası və qaynanasıda oradadılar. Mən Nazirə bildirdim ki mənim qaynım Nicat Caspian telekom şirkətində işləyərkən Bakı Onkoloji Klinikasında əməliyat olunub carəsi olmadığı üçün bir il altı aydır Ankara şəhərində yerləşən Hacettepe Universitetinde  şiş xəstəliyinə görə ximya terapeya olunur, lazım gələrsə rəsmi soğular nəticəsində bu məlumatı əldə edə bilərsiniz. Nazir rəisə tapşırdı ki mənə rəsmi subut el, amma olan bir əməli rəis rəsmi necə subut edə bilər? Onuda qeyd edim ki, qaynım Nicat artıq 03.07.2015-ci il tarixdə vəfat etdi. Cənab Prezident məndən rayon prokurorluğunda və DİN-də bu işlə əlaqədar izahatlar alınıb və onların Ankarada xəstəxanada olmaqları barədə sənədləridə DİN-nə təqdim etmişəm. Amma bir belə faktlar və şahidlər (Cənab Nazir, 12 rayonun rəisi, 8 general sahiddirlər) ilə  hələdə işi uzadırlar və heç bir nəticə yoxdur. Bəzi məmurlar qoymurlar haqqı sizə çatdıraq, amma nə yolla olursa-olsun ümid yerimiz olan Cənab Prezident  sizə haqqı çatdıracam. Cənab Prezident mən o rəisdən şikayət edirəm ki, görün hansı işlər ilə məşquldur:
Qeyd
1. 04.02.2015-ci il tarixdə narkotik satan Dünyamalıyev Səbuhi Zamin oğlu Tərtər polis şöbəsində döyülərək öldü (səbəb o idi ki, qorxdular ki narkotikin əsl yiyəsinin adını məhkəmə vaxtı açıqlayar), dedilər ki güya özünü asıb həmin vaxt polis şöbəsində işıq söndüyü üçün vebkameraya düşməyib cox gülməlidir. Ölənin yiyələri hücum çəkdi şöbəyə, Daxili Qoşunu köməyə çağırıb qarşısını aldılar, sanki elə bil 1991-1992-ci illər idi.
2. İki ildir rayon sakini Mirzəyev Sənan Ərşad oğlu şəhərin mərkəzində evində güllələnərək öldürülüb, hələdə hansısa maraqlara görə üstü açılmır.
Rəisin bu kimi özbaşınalığının arxasında Baş Prokurorluqda işləyən qardaşı Seyidəli Məcdunov durur.
3. Tərtər RPŞ-nin CAB-ın rəisi Anar məllim Tərtər rayonunda Hərbi Məhkəmənin yaxınlığında yerləşən Çinar kafesində ifadəmə görə üzr istəyirəm faişəxana işlədir (kənar rayonlardan ora yüngül həyat tərzi keçirən qizlar cəlb edirlər və həmin kafedə narkotik satırlar, həmin kafeni işlədən Teymur adlı şəxs Anar məllimin kəndçisidir Goranboy rayon sakinidir). Onuda bildirmək istəyirəm ki, altı ay baş əməliyat müvəkkili işləyən bir adam hansı dərəcədə düzdür ki CAB-ın rəisi işləyə? Çünki rəis Anar məllimi özünə pul yığan və qoçu gətirib.
4. Cənab Prezident mən iki aydır ki ərizələrimdə yazıram ki rəis Rauf Məcidov Tərtər şəhərində açıq aşkar adını cəkmək istəmədiyim (DİN-də mən onun adını və ünvanını demişdim) bir nəfərə narkotik satdırır, axırı ki məcbur qalıb 07.07.2015-ci il tarixdə mən hər yerə car çəkəndən sonra həmin adamı həbs etdi.
Cənab Prezident mən əminəmki ki, bu işləri bəzi məmurlar ört-bastır edib qoymurlar Sizə çata, amma nə yolla olursa-olsun rəisin mənim və əhalinin başına açdığı oyunları sizə çatdıracam.
Cənab Prezident bir vətəndaş kimi xahiş edirəm mənə köməklik və qəbul edəsiniz.
İmza: Musayev Kənan : Tel: 0552222366 - 0504476666
Qaynar.info