Xəbər lenti

“Təsdiqlənib, bu il “Eurovision”a Elnur gedəcək” - VİDEO
Ölkə09:15 09.03.2015

“Təsdiqlənib, bu il “Eurovision”a Elnur gedəcək” - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müğənni Nura Suri bu il “Eurovision”da Azərbaycanı Elnur Hüseynovun təmsil edəcəyini deyib. 

Qaynar.info axşam.az-ın məlumatına görə, sənətçi “Gün üzü” verilişində bunun dəqiq xəbər olduğunu söyləyib:

“Xəbəriniz olsun ki, bu il bizi “Eurovision”da Elnur təmsil edəcək. Ona görə “qədrini bilmədik” kimi sözlər deyilməsin, qədrini bilirik”.

Aparıcı İlqar Mikayıloğlunun “Nura, bu dəqiq xəbərdir” sualına ifaçı belə cavab verib:

“Dəqiqdir. Bu il Elnur yarışmada tək olacaq. Ciddi xəbərdir. Rəsmi olaraq maraqlana bilərsiniz. Bir ara təkzib olunmuşdu, sonra yenə də təsdiqləndi”.

Qaynar.info