Xəbər lenti

Təşkilat sədrinin vəziyyəti ağırlaşdı, xanımı ilə birgə xəstəxanaya yerləşdirildi (FOTO)
Ölkə13:56 03.11.2021

Təşkilat sədrinin vəziyyəti ağırlaşdı, xanımı ilə birgə xəstəxanaya yerləşdirildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Koronavirusa yoluxduqdan sonra xeyli müddətdir ev şəraitində müalicə alan Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının vəziyyəti yaxşılaşmayıb.
Ölkə.Az xəbər verir ki, bu barədə QAT məlumat yayıb.
Bildirilib ki, ev şəraitindəki müalicəsi istənilən nəticə vermədiyindən Akif Nağı bu gün "Yeni klinika”ya yerləşdirilib.
O da qeyd edilib ki, QAT sədrinin özü ilə bərabər, COVID-19-a yoluxmuş həyat yoldaşı Vəsilə xanım da "Yeni klinika”da müalicə almağa məcbur olacaq.