Xəbər lenti

Test azaldı, yoluxma 1100-ə düşdü - 34 nəfər öldü (VİDEO)
Ölkə12:44 05.04.2021

Test azaldı, yoluxma 1100-ə düşdü - 34 nəfər öldü (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1099 yeni yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 271 834 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 242 293 nəfər müalicə olunaraq sağalıb, 3 711 nəfər vəfat edib, aktiv xəstə sayı 25 830 nəfərdir.
Son sutka ərzində 6 763, hazırkı dövrədək isə 2 935 718 test aparılıb.
<iframe width="640" height="360" src="//player.qaynarinfo.az/?v=492" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="" seamless="">