Xəbər lenti

Təxirə salınan dərs günləri üzrə müəllimlərin maaşı ödəniləcək? (AÇIQLAMA)
Ölkə15:45 19.01.2019

Təxirə salınan dərs günləri üzrə müəllimlərin maaşı ödəniləcək? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Təxirə salınan dərs günləri üzrə müəllimlərin əməkhaqqısı ödəniləcək.
Bu barədə Təhsil nazirliyindən Azedu.az-ın sorğusuna cavab olaraq bildirilib.
Məlumatda qeyd olunub ki, Təhsil naziri Ceyhun Bayramovun "Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmrinə əsasən, 17-18 yanvar tarixlərində bütün təhsil müəssisələrində tədrislə bağlı tədbirlər təxirə salınıb. Mövcud əmək qanunvericiliyinə uyğun olaraq qeyd olunan tarixlər üzrə işçilərin əməkhaqqısı ödəniləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə təxirə salınan dərs günlərinin maaşının müəllimlərin əməkhaqqısından çıxarılmasına dair iddialar dolaşırdı.