Xəbər lenti

Texniki Universitetdə eyvan uçdu: - BİR ÖLÜ, BİR YARALI
Ölkə06:26 17.01.2014

Texniki Universitetdə eyvan uçdu: - BİR ÖLÜ, BİR YARALI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Texniki Universitetində bədbəxt hadisə baş verib

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə universitetin ikinci korpusunda qeydə alınıb. Universitetdə təmir işləri aparan zaman binanın üçüncü mərtəbəsinin eyvanı uçub.
 
Nəticədə orada təmir işləri aparan “AZİNFORT MMC” şirkətinin fəhlələri - 1973-cü il təvəllüdlü Masallı rayon sakini Daşqın Çərkəz oğlu Vəliyev hadisə yerində dünyasını dəyişib, 1975-ci il təvəllüdlü Oqtay Sərbaz oğlu Məmmədov isə ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Qaynar.info