
Noyabrın 28-də Kolumbiya səmasında təyyarə qəzasına uğrayan Braziliyanın “Şapekoense” klubunun qəzadan sonrakı ilk oyununun vaxtı müəyyənləşib.
Qaynarinfo.Az xəbər verir ki, "hindular" ləqəbli “Şapekoense” yanvarın 21-də Braziliya çempionu “Palmeyras”la qarşılaşacaq. Qarşılaşma “Şapekoense”nin doğma meydanı “Arena Konda”da keçiriləcək.
Qeyd edək ki, dekabrın 9-da təyin olunmuş komandanın yeni baş məşqçisi Vaqner Mançini hazırda heyətə yeni futbolçular cəlb edir.
Xatırladaq ki, qəzaya uğrayan Boliviyaya məxsus "LaMia Flight 2933" təyyarəsində 77 nəfərdən cəmi 6 nəfər sağ qurtulub. Bunlardan 3-ü futbolçu olub. Müdafiəçilər Alan Ruşel, Neto və qapıçı Jakson Folman sağ qalan həmin 3 futbolçudur.
Qaynarinfo.Az