Xəbər lenti

Təyyarə qəzaya uğradı: 119 ölü
Ölkə14:12 11.02.2014

Təyyarə qəzaya uğradı: 119 ölü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əlcəzairin şərqində C-130 tipli hərbi daşıma təyyarəsi qəzaya uğrayıb.

"Reuters" agentliyinin Əlcəzairin "Ən-Nahar TV" telekanalına istinadən verdiyi məlumata görə, qəza nəticəsində 119 nəfər ölüb.

Təyyarənin içində hərbi qulluqçular və onların ailə üzvləri olduğu bildirilir. Hadisə ölkənin şərqində baş verib.

Qəza Um-əl-Buaqi adlı dağlıq əyalətində baş verib. Qəzanın təfərrüatları hələki məlum deyil./anspress