Xəbər lenti

Təyyarələrdə birdəfəlik qablardan istifadəyə dair tələb ləğv olundu
Ölkə19:35 09.06.2021

Təyyarələrdə birdəfəlik qablardan istifadəyə dair tələb ləğv olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycana uçuşlar və Azərbaycandan uçuşlar zamanı aviaşirkətlərə qida təminatı ilə bağlı qoyulan tələblərdən biri ləğv edilib.
Qaynarinfo xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”a etdiyi dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, uçub gedən hava gəmiləri və uçub gələn hava gəmilərində sərnişinlərə xidmət üçün birdəfəlik istifadə qabları təqdim olunmasına dair tələb ləğv olunub.