ABŞ prezidenti Donald Trampın Rusiyadan Ukraynanı azad etmək və Rusiya lideri Vladimir Putinlə Çin rəhbəri Si Szinpinin Qərbə qarşı müharibəsinə zərbə vurmaq üçün yetərincə səlahiyyəti var.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Hill" nəşri yazır.
Məqalədə qeyd olunur ki, əgər Tramp buna nail olarsa, ABŞ və Avropa Ukraynanın bütün təbii sərvətlərini əldə edəcək, əks halda Vaşinqton və Brüssel yalnız onların bir hissəsini ala bilər.
"İndi bu, onun (Trampın - red.) müharibəsidir – qalib gəlmək və ya məğlub olmaq – təkcə Ukraynada deyil, bütün dünyada", – deyə nəşr yazır.
Ukrayna artıq öz müstəqilliyini qorumaq üçün ən yüksək qiyməti ödəməyə hazır olduğunu nümayiş etdirib.
"Yüz minlərlə ukraynalı həlak olub və yaralanıb... Mariupol da daxil olmaqla, Denver ölçüsündə şəhərlər tamamilə məhv edilib. Rusiya bombardmanları ilə dağıdılan bu şəhərlər Cenevrə Konvensiyalarının birbaşa pozulmasıdır", – deyə məqalədə vurğulanır.
Qeyd edək ki, Qərb uzun müddətdir Ukraynanın təbii sərvətlərinə maraq göstərir. Tramp Ukraynanın bu sərvətləri təmin etməyə hazır olduğunu bildirib.
"Biz yüz milyardlarla dollar sərmayə qoyuruq. Onların möhtəşəm təbii sərvətləri var. Mən onların təhlükəsizliyini təmin etmək istəyirəm və onlar buna hazırdır", – deyə Tramp qeyd edib.
Ukrayna dünyanın ən böyük qrafit, litium, titan, berillium və uran yataqlarından birinə sahibdir.
Alpər
Şərhlər