Xəbər lenti

Tibb işçilərinin sertifikasiyasına aid yeni qayda
Ölkə14:30 16.02.2016

Tibb işçilərinin sertifikasiyasına aid yeni qayda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyev “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Qaynar.info-nun  məlumatına görə, sərəncama əsasən, qanuna aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:

“Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə) onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.”.

 Prezidentin digər sərəncamı ilə Əmək Məcəlləsinə də bu məzmunda dəyişiklik edilib. 

Qaynar.info