Xəbər lenti

Tibb işçilərinin vaksinasiyası niyə dayandırılıb?
Ölkə12:12 17.02.2021

Tibb işçilərinin vaksinasiyası niyə dayandırılıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
COVID-19-a qarşı tibb işçilərinin vaksinasiyası dayandırılıb. 
Bu barədə Qaynarinfo-ya həkimlər məlumat verib. Bildirilib ki, buna səbəb kimi qeydiyyatın apalıdığı portalın işləməməsi göstərilib. Portal bağlı olanda vaksin vurulan şəxslərin qeydiyyatını aparmaq qeyri-mümkündür.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmərinin hərbəri Elnarə Baxış Qaynarinfo-ya açıqlamasında sözügedən portalın İcbati Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məxsus olduğunu bildirib:
"Bununla bağlı bizdə hər hansı bir məlumat yoxdur. Məlumat Səhiyyə Nazirliyi tərəfindən dəqiqləşməlidir. Portal TƏBİB-in deyil, İcbati Tibbi Sığortya məxsusdur. Sistem onlar tərəfindən hazırlanıb. Portalın işləyib-işləməməsi ilə bağlı heç nə deyə bilmərəm”.
Bahar Rüstəmli