Xəbər lenti

Tibb Texnikomunun yataqxanasında qanlı hadisə
Ölkə06:40 06.06.2016

Tibb Texnikomunun yataqxanasında qanlı hadisə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda bıçaqlanma hadisəsi baş verib. 

Yasamal rayonu Şərifzadə küçəsi 196 ünvanında yerləşən Tibb Texnikomunun yataqxanasında Cəbrayıl rayon sakini, 1990-cı il təvəllüdlü İsgəndərov Elvin Məhəmməd oğlu bıçaqlanıb. Qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarət alan 26 yaşlı E.İsgəndərov Respublika Kliniki Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.(lent.az)

Qaynarinfo.az