Prezident İlham Əliyev bu gün Azərbaycan Tibb Universitetinə rektor təyin edib. Dövlət başçısının sərəncamına əsasən ölkənin əsas ali məktəblərindən birinə bundan sonra Gəraybəyli Gəray Çingiz oğlu başçılıq edəcək. Qaynar.info yeni rektorun dosyesini təqdim edir.
Səhiyyə Nazirliyin baş psixiatrı və psixi sağlamlıq üzrə milli koordinatoru
Gəraybəyli Gəray Çingiz oğlu 1967-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə orta məktəbi qızıl medal ilə bitirib və həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. 1992-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib.
1992-ci ildən 1993-cü ilədək Azərbaycan Dövlət Tibb Universitetinin psixiatriya kafedrasında baş laborant, 1993-cü ildən 1996-cı ilədək assistent, 1996-cı ildən 2007-ci ilə qədər dosent vəzifələrində işləyib. 2007-ci ilin dekabr ayından Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri vəzifəsində işləyib.
1995-ci ildə namizədlik dissertasiyasını, 2007-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1997-ci ildə - dosent, 2012-ci ildə isə professor elmi adına layiq görülüb.
60 çox elmi əsərin, 1 tədris vəsaitin, 2 tədris-metodik tövsiyələrin, 3 metodik tövsiyələrin, 4 tətbiq edilmə aktların və 1 səmərələşdirmə təklifin müəllifidir. Dəfələrlə xarici ölkələrdə elmi konfranslarda və konqresslərdə iştirak edib. 2001-ci ildə ABŞ Dövlət Departamentinin Fulbright Programı çərçivəsində Cənubi Kaliforniya Universitetində elmi ezamiyyətdə olub.
2007-ci ildən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyin baş psixiatrı və psixi sağlamlıq üzrə milli koordinatorudır.
Qaynar.info