Xəbər lenti

Tibbi sığorta xidmətlərinin göstərilməsi daha 1 il ƏDV-dən azad edildi
Ölkə09:08 30.12.2021

Tibbi sığorta xidmətlərinin göstərilməsi daha 1 il ƏDV-dən azad edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda "Tibbi sığorta haqqında” qanuna uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi daha 1 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilir.
"Report"un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məsəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliyə əsasən, 1 yanvar 2020-ci ildən 31 dekabr 2021-ci ilə qədər olan möhlət 31 dekabr 2022-ci ilə qədər artırılır.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.