
10 gün öncə ticarət obyektləri Metropoliten İdarəsi tərəfindən bağlanan metro ticarətçiləri bu gün yenidən "Neftçilər" metrostansiyasına toplaşıblar və etirazlarını bildirirlər.
Musavat.com-un əməkdaşı ilə söhbətlərində ticarətçilər öz mallarını yığışdırıb apardıqlarını deyiblər və əlavə ediblər ki, indi də bir müddət öncə metro tunellərində yer almaq üçün Metropoliten İdarəsinin sabiq rəisi Tağı Əhmədovun adamına verdikləri pulları geri istəyirlər.
Reportyorumuzun verdiyi xəbərə görə, kortəbii və yalnız şikayət xarakterli aksiya keçirən ticarətçilərin sayı yüzə yaxın olar. Ətrafda polis qüvvələri olsa da, hələlik müdaxilə etmirlər. Qeyd edək ki, bundan əvvəl ticarətçilərin keçirdikləri aksiyalar heç bir nəticə verməyib, onları "20 Yanvar" metrostansiyası istisna olmaqla bütün metro tunellərindən kənarlaşdırıblar.
Qaynar.info