Xəbər lenti

“Tik-Tok”da narkotiki təbliğ edənlər saxlanıldı
Ölkə16:48 22.07.2020

“Tik-Tok”da narkotiki təbliğ edənlər saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Tik-tok” sosial şəbəkəsində müxtəlif profillər açaraq narkotik vasitələrin qəbulunu təbliq edən videolar yayan və buna görə guya polis əməkdaşlarının onları cəzalandırmadığını bildirən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi, Səbail RPİ-nin 39-cu və Nərimanov RPİ-nin 17-ci Polis Bölmələrinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər - sosial şəbəkələrdə "Maya” və "Banu” adları ilə qeydiyyatdan keçən Murad Kərimov və Həbib Şahniyarov saxlanılıblar. Həmin şəxslər ifadələrində qeyd edilən sosial şəbəkədə narkotik vasitələrin qəbulunu təbliğ etdiklərini etiraf ediblər.
Murad Kərimov və Həbib Şahniyarov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb və onlar inzibati qaydada cəzalandırılıblar.