Xəbər lenti

Tikinti-abadlıq işləri görənlər xeyli sayda abonenti qazsız qoydu
Ölkə16:33 21.01.2020

Tikinti-abadlıq işləri görənlər xeyli sayda abonenti qazsız qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yanvarın 21-də saat 15:00 radələrində Gəncə şəhəri Avtozavod qəsəbəsində tikinti-abadlıq işləri aparan şirkətin əməkdaşları texnika ilə diametri 160 mm olan yeraltı polietilen qaz kəmərini zədələyiblər.
Azəriqaz İB-nin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, texniki təhlükəsizlik qaydalarına uyğun olaraq həmin ərazinin qaz təchizatı dayandırılıb. Nəticədə xeyli sayda abonentin təbii qazla təminatında fasilə yaranıb.
Qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır.