Havaların isinməsi tikinti sektorunu canlandırıb. Xüsusən bu aylarda mənzil təmir etdirənlərin sayı çoxalır. Bu isə təmir zamanı istifadə olunan tikinti mallarının qiymətlərini gündəmə gətirir. Bazarlarda qiymətlər necədir?
Havaların getdikcə isinməsi tikinti bazarında aktivliyə səbəb olub.
Satıcıların sözlərinə görə, fevral ayının sonu mart ayının əvvəllərində xüsusən ev təmir etdirənlərin sayı artır. Bununla da bazarlarda təmir zamanı istifadə olunan tikinti materiallarına olan tələbatı çoxalır
Təmir zamanı istifadə olunan malların qiymətləri isə müxtəlifdir.
Boyalara gəldikdə isə qiymətlər kiloqramından və litrindən asılı olaraq 30 manatdan 110 manata arasında dəyişir
Bu aylar xüsusən divar kağızlarına olan təlabat da artır. Bazarda hazırda əsas tələb ipək tərkibli maye divar kağızlarınadır. Onlar isə əsasən rusiyadan gətirilir
Kafel-metlax qiymətləri isə istehsal olunduğu ölkəyə və keyfiyyətinə görə dəyişir. Satışda yerli istehsalla yanaşı, İran Türkiyə və Avropa istehsalları kafel-metlaxlar da var.
Santexnika mallarının qiymətləri də müxtəlifdir.
Elektirik kabellərinin satış qiyməti 30-80 qəpik, otaq qapılarının 1 ədədinin qiyməti isə keyfiyyətinə görə, 120-300 manata arasında dəyişir