İnşaat sahəsində karyera qurmaq istəyənlər üçün yeni tədris və iş imkanı
Kristal Abşeron və "Changers Academy” birgə əməkdaşlıq çərçivəsində yeni tədris və iş proqramı təqdim edir. Bu proqram tikinti sahəsində təcrübə qazanmaq, karyerasına sıfırdan başlamaq və mövcud biliklərini inkişaf etdirmək istəyənlər üçün nəzərdə tutulub.
Tikinti layihələrinin idarə olunması tədris proqramı 3 ay müddətində davam edəcək və bu müddət ərzində iştirakçılar layihə idarəetmə prinsipləri, inşaat proseslərinin mərhələləri, resurs planlaması, büdcə, vaxt və risklərin idarə edilməsi kimi sahələrdə biliklər əldə edəcəklər. Tədris müddətində tələbələr Kristal Abşeronun inşaat layihələrində iştirak edərək sahə və ofis texniki gəzintilərində yer alacaq, real praktiki təcrübə qazanacaqlar.
Tədris proqramını uğurla tamamlayan iştirakçılar Kristal Abşeronda iş imkanı əldə etmək şansı qazanacaqlar. Hazırda qeydiyyat davam edir və qısa müddət ərzində yeni qrupların tədrisə başlaması planlaşdırılır.
Proqramın əsas üstünlüyü ondadır ki, iştirakçılar öyrəndikləri nəzəri bilikləri birbaşa real layihələr üzərində tətbiq edəcəklər. Tədrisi Kristal Abşeron şirkətinin Layihələrin İdarəolunması Departamentinin rəhbəri Elmin Yusifov aparacaq. O, Azərbaycan, Türkiyə və Gürcüstanda mühüm tikinti layihələrinin idarə olunması üzrə geniş təcrübəyə malikdir.
"Changers Academy” müasir dövrdə tələbatın yüksək olduğu sahələr üzrə ixtisaslaşmış tədris müəssisəsidir. Akademiya Tikinti layihələrinin idarə olunmasından başqa Dijital Memarlıq, Rəqəmsal Marketinq, İnteryer dizayn, Qrafik və Motion dizayn kimi istiqamətlərdə peşəkar mütəxəssislər yetişdirir.
Şərhlər