Məşhur tikinti maqnatı Mehrac Babayevlə bağlı Avropa.info saytına maraqlı məlumat daxil olub.
Söhbət əslən Naxçıvandan olan, Rusiyada və Azərbaycanda milyonçu kimi tanınan, böyük tikinti layihələri həyata keçirən keçmiş cəbhəçi Mehrac Babayevdən gedir.
Sayt daxil olan məlumata görə, Mahrac Babayev bacısının keçmiş həyat yoldaşı, uzun illər dövlət qulluğunda işləmiş Zakir İmanovun Novxanıda yerləşən və dəyəri 80-100 min dollar olan bağ evini onun əlindən almaq üçün xeyli vaxtdır məhkəmələrdə çəkişir. Belə ki, Zakir İmanov ötən ilin aprel ayında Mehrac Babayevin bacısı ilə boşandıqdan təxminən 1 il sonra oliqarxın digər bacısı keçmiş yeznəsinə qarşı məhkəmə iddiası qaldırıb və onun yeganə evini tələb etməyə başlayıb. Artıq bu çəkişmə ilə bağlı iki instansiya məhkəməsinin qərarı da var. Belə ki, Sumqayıt Şəhər Məhkəməsi Zakir İmanovun, Sumqayıt Şəhər Apellyasiya Məhkəməsi isə Mehrac Babayevin bacısının xeyrinə qərar veriblər. Hazırda iş Ali Məhkəmədədir.
Sayta məlumat verən mənbə bildirir ki, mübahisəyə səbəb olmuş bağ evi Zakir İmanovundur və o, ötən ilin aprel ayında Mehrac Babayevin bacısı ilə rəsmən boşandıqdan sonra öz mülkünü başqa bir şəxsə satıb. Lakin Z.İmanovun keçmiş baldızı məhkəmədə iddia qaldıraraq, evin ona məxsus olduğunu iddia edib. Halbuki, Z.İmanov həmin evi Mehrac Babayevin bacısı ilə evlilikdən illər öncə tikdirib.
Məlumatda həmçinin bildirilir ki, Mehrac Babayev qisasçılıq zəminində müəyyən əlaqələrindən istifadə edərək, məhkəmələrə təzyiq edir. Sumqayıt Apellyasiya Məhkəməsi məhz belə təzyiqlər nəticəsində absurd bir qərar verərək, Zakir İmanova məxsus olmuş mülkün Babayevlərə qaytarılmasını qət edib.
Mehrac Babayevin keçmiş kürəkəni Zakir İmanov əməkdaşımıza açıqlamasında məlumatı təsdiq edib. Lakin çəkişmənin təfərrüatı haqda danışmaqdan imtina edib.