Xəbər lenti

Tikinti materialları bazarında durğunluq yaşanır - Səbəb nədir?
Video 21:15 26.05.2024

Tikinti materialları bazarında durğunluq yaşanır - Səbəb nədir?

Tikinti materialları bazarında durğunluq var.

Satıcılar deyirlər ki, son bir aydır, vəziyyət belədir.

Tikinti materialları bazarındakı sahibkarlar alıcı qıtlığından gileylənirlər. Onlar idda edirlər ki, ötən illərə nisbətən tikintidə istifadə edilən bir sıra materialların qiyməti də azalıb. Ancaq yenə də alıcı yoxdur. Onların bildirdiyinə görə, bəzi tikinti materialalrında isə bahalaşma var.

Sahibkarlar deyirlər ki, müştərilərin azalması xüsusilə son bir ayda baş verib. O da bildirildi ki, sementin də qiymətində artım var.

Əmlak məsələləri üzrə ekspert Muxtar Ərturan da "Xəzər Xəbər"ə təsdiqləyib ki, son bir ayda tikinti bazarında taxta, armatur, sement və astarın qiymətində artım var.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->