Xəbər lenti

Tikinti şirkətində qəza, fəhlələr xəsarət aldı
Ölkə05:07 02.02.2021

Tikinti şirkətində qəza, fəhlələr xəsarət aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şabran rayonunda tikinti işləri zamanı qəza olub.
Qaynarinfo-nun Report-a istinadən verdiyi məlumata görə, rayonun Yenikənd kəndində fəaliyyət göstərən "Kolin” şirkətində fəhlə işləyən 1984-cü il təvəllüdlü Əmirağa Ağabala oğlu Ağayev və 1968-ci il təvəllüdlü Feyruz Əlövsət oğlu Ağarzayev qəza zamanı müxtəlif xəsarətlər alıblar. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Ə.Ağayevə onurğanın boyun şöbəsi fəqərələrinin sınığı, F.Ağarzayevə isə onurğanın bel şöbəsinin əziyi diaqnozu qoyulub.
Ə.Ağayevin vəziyyəti ağır olduğundan müalicə və müayinə üçün Bakı şəhərinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.