Xəbər lenti

Tıxaca düşmək istəməyən sürücülərin NƏZƏRİNƏ
Ölkə14:52 15.11.2016

Tıxaca düşmək istəməyən sürücülərin NƏZƏRİNƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu ayın sonunadək yollarda tıxacları interaktiv şəkildə nümayiş etdirən sistem "GoMap" elektron xəritəsinin mobil tətbiqinə inteqrasiya ediləcək.

Bu barədə SINAM şirkətində məlumat verilib.

SINAM şirkəti Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılmış "GoMap" layihəsinin icraçısıdır.

Bu sistem elektron xəritənin Web versiyasında artıq mövcuddur.

Sürücülərin tıxaclar barədə məlumatlandırılmasının yeni üsulu FM diapazonlu radiokanallardan istifadə edəcək. Nəqliyyat hərəkətinin daha sıx olduğu yerlər mobil elektron xəritədə qeyd olunacaq.(trend)

Qaynarinfo.Az