TOEFL ingilis dili imtahanını təşkil edən ETS təşkilatı Rusiya vətəndaşlarının imtahana yazılmasına qadağa qoyub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Mediazona” məlumat paylaşıb
Saytın oxucusu TOEFL saytında öz hesabında xəbərdarlıq görüb: «In order to comply with the Office of Foreign Assets Control (OFAC) requirements, your access to TOEFL products and services is limited». (Xarici aktivlərə nəzarət ofisinin (OFAC) tələblərinə əməl etmək üçün TOEFL məhsul və xidmətlərinə girişiniz məhduddur"-red.). "Mediazona” müxbiri öz hesabında eyni qeydi görüb. Oxucu aydınlaşdırıb ki, Rusiya vətəndaşları hətta artıq keçmiş imtahanın nəticələrini universitetlərə göndərə bilməzlər.
ETS onun məktubuna cavab verib ki, ABŞ Maliyyə nazirliyinin qaydalarına görə, KXDR və Rusiya vətəndaşlarına imtahanlara yazılmaq və ya hesab açmaq qadağandır. Maliyyə Nazirliyinin konkret olaraq hansı tələblər irəli sürdüyü məlum deyil.
Mart ayında ETS və IELTS Rusiya və Belarusda imtahanlarını qadağan etdi, lakin rusiyalılar üçün TOEFL qadağası barədə heç nə məlum deyildi. TOEFL və IELTS xarici universitetlərə abituriyentlər üçün ən populyar ingilis dili imtahanlarıdır. Təşkilatlar Rusiyanı tərk etdikdən sonra bəzi tələbələr imtahan vermək üçün xaricə getməyə başlayıblar.
Nizami Bağırov