Xəbər lenti

Tofiq Hacıyev istefa ərizəsini geri götürdü - peşman oldu
Ölkə09:50 27.08.2015

Tofiq Hacıyev istefa ərizəsini geri götürdü - peşman oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Dilçilik İnstitutundakı vəzifəmdən çıxmaq haqqında ərizəmi geri götürmüşəm. Əslində, ərizə qeyri-qanuni idi, çünki onu məzuniyyətdə olan vaxt yazmışdım". Qaynar.info "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev deyib.
Akademik bildirib ki, işdən çıxması ilə bağlı qərarı tələsik qəbul edib: "O vaxt əsəbi şərait var idi, işdən çıxmaq barədə ərizə verdim. Sonra yazıları, müxtəlif münasibətləri gördüm, fikrimi dəyişmişəm. Nə səbəbə belə bir vəziyyət yaranıb, onu aydınlaşdırmaq üçün işə qayıtmaq istəyirəm. Ona görə də ərizəmi geri götürmüşəm".
Qaynar.info