Xəbər lenti

Tofiq Yaqublu ailəsinin qəzaya düşməsinə münasibət bildirdi
Ölkə10:05 22.01.2014

Tofiq Yaqublu ailəsinin qəzaya düşməsinə münasibət bildirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verildiyi kimi, siyasi motivlərlə 1 ilə yaxındır həbs olunmuş və hazırda Şəki rayon məhkəməsində mühakimə olunan Tofiq Yaqublunun məhkəməsindən dönən ailə üzvləri İsmayıllı rayonunda ağır yol qəzasında yaralanıblar.

Qaynar.info xəbər verir ki, həbsdə olan Tofiq Yaqublu qəza ilə bağlı fikirlərini bildirib:  "Mən bu qəzanı hakimiyyətin ailəmə qarşı olan cinayəti hesab edirəm. Mənim ailəm bir ildir ki, yollarda qalıb. Dünənki məhkəmədə də Nicat Vəliyev adlı şəxsin həyasızcasına üzümüzə durması ailə üzvlərimi və dəyərli dostumuz Çingiz Əlini çox əsəbiləşdirdi. O əsəblə də yola çıxdılar. Bütün bunlar qanunsuzluğun məntiqi nəticəsidir..."

Qaynar.info