İyunun 1-də saat 13:00-da Müsavat başqanının həbsdəki müavini Tofiq Yaqublunun qızı, mərhum əməkdaşımız Nərgiz Yaqublunun qırx mərasimi keçiriləcək. Atasının qızının yas mərasimində iştirak etməyi üçün Penitensiar Xidmətə müraciət olunub.
Bu barədə müsavat.com-a Tofiq Yaqublunun vəkili Nemət Kərimli məlumat verdi: “Məktubla Penitensiar Xidmətə müraciət etdim. Tofiq bəyin qızının yasında iştirak etmək üçün bir-iki günlük azadlığa buraxılması ilə bağlı. Hələ də bir cavab deyilməyib. Çox güman ki, iyunun 1-də məlum olacaq”.
Qaynar.info