Xəbər lenti

Tofiq Yaqublu türmədə qızının qırx mərasimini keçirdi
Ölkə12:57 01.06.2015

Tofiq Yaqublu türmədə qızının qırx mərasimini keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Burada özünə qapanmaq, Nərgizi xatırlayaraq için-için ağlamaq üçün heç bir şərait yoxdur…”

13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən siyasi məhbuslar iyunun 1-də Nərgiz Yaqublunun xatirəsini anıblar.  Bu barədə siyasi məhbus Tofiq Yaqublunun qızı Nigar Yaqublu sosial şəbəkədə məlumat verib. 

Onun yazdığına görə, mərhumənin qırxında siyasi məhbuslar Əli İnsanov, Anar Məmmədli, Pərviz Həşimli, Əbdül ehsan süfrəsi açıblar. Ailəsilə telefon əlaqəsi yaratmış Tofiq Yaqublu bildirib ki, həbsxana şəraitində ötən 40 günü çox çətinliklə yola verib: “Atam dedi ki, “burada özünə qapanmaq, Nərgizi xatırlayaraq için-için ağlamaq üçün heç bir şərait yoxdur. Dar bir ərazidə sayı həddən artıq çox olan məhbusların paylaşdığı sakit güşənin olmadığı şəraitdə belə ağır dərdi yaşamaq çox çətindir. Məni 7 günlüyə dəfn mərasiminə buraxdıqda rəsmilər bunu ölkənin birinci şəxsinin və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin böyük lütfkarlığı kimi təqdim etdilər. Dəfndən qayıdandan sonra həbsxana rəhbərliyindən xahiş etdim ki, heç olmasa gecələr yerimdə uzandığım zaman sakit bir şəraitdə Nərgizimi düşünmək, onun haqqında xəyallara dalmaq üçün daha az məhbusun yaşadığı, nisbətən kiçik otaqlardan birinə keçirsinlər. Çünki 120 nəfərin yaşadığı dar barakda siqaret çəkənlərin, bütün gecə laqqırtı vuranların, söyüş söyənlərin əlindən hətta yuxuya getməyin özü əzablı işdir. Üstəlik də astma xəstəliyim belə şəraitdə tez-tez fəallaşır. Həbsxana rəhbərliyi bildirib ki, istismar tipli hissəni ancaq Nərgizin qırxı gününədək balaca, nisbətən səliqəli və siqaret çəkilməyən otağa köçürə bilərik. Nərgizin qırxı çıxdı və məni köhnə baraka qaytardılar. Halbuki mərhəmətdən danışırlar, ancaq sadə məişət məsələsini həll etmək mümkün olmayan problemə çevirdilər. Özü də münasib otaqlarda boş yerlərin sayı kifayət qədər çox ola-ola. Buna da dözərik...” 

Qaynar.info