Xəbər lenti

Tofiq Yaqublu və İlqar Məmmədovun yeri bilinmir
Ölkə16:11 30.09.2014

Tofiq Yaqublu və İlqar Məmmədovun yeri bilinmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məhbusların ailə üzvləri və vəkilləri narahatdır: “Bizə heç nə demirlər”
“İsmayıllı məhbusları” olan Tofiq Yaqublu və İlqar Məmmədovun haraya köçürülməsi məlum deyil. Bu barədə T.Yaqublunun qızı Nigar Yaqublu facebook səhifəsində məlumat verib: “Bu qədər də insafsızlıq olmaz! Tofiq Yaqublu ilə İlqar Məmmədov barəsində hələ də bir şey bilmirik. Qeyri-rəsmi bilirik ki, bu gün bölgüdür. Ancaq bu qədər vaxt ərzində bir dəfə də olsun onlara ailə üzvləri ilə əlaqə saxlamağa imkan verməyiblər. İndi hara aparacaqlarını da bilmirik”.
T.Yaqublunun vəkili Nemət Kərimli də bildirib ki, sentyabrın 30-da siyasi məhbusu kolona göndərməlidirlər: “Amma bizə heç bir məlumat vermirlər”.
Qeyd edək ki, Şəki İstintaq Təcridxanasında saxlanılan Müsavat başqanının müavini Tofiq Yaqublu və REAL Hərəkatının sədri İlqar Məmmədov sentyabrın 24-də Şüvəlan İstintaq Təcridxanasına gətirilib. Hər iki siyasətçi Şəkidə məhkəmə olunurdu. 
Onlar 2013-cü ildə həbs ediliblər. Ötən il yanvarın 23-24-də İsmayıllı şəhərində baş verən iğtişaşlara görə ümumən 20 nəfər tutulub. Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart hökmü ilə Tofiq Yaqublu 5 il, İlqar Məmmədov 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Sentyabrın 24-də Şəki Apelyasiya Məhkəməsi bu cəzaları qüvvəsində saxlayıb. 
Qaynar.info