
Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun ölkədən çıxışına icazə verilməyib.
Bu barədə T.Yaqublu özü məlumat verib. O, Gürcüstana gedərkən Sınıq Körpü Gömrük Məntəqəsində saxlanıldığını və ölkədən buraxılmadığını deyib: “İstədik qohum-əqraba ilə görüşək. Amma qoymadılar. Sərhəddən geri qaytardılar. Respublika Prokurorluğunun rəsmi məktubu var ki, Tofiq Yaqublunun ölkədən çıxmasına heç bir qadağa yoxdur. Amma mənə hansı qurum tərəfindən saxlanmağımla bağlı heç bir məlumat vermirlər”.
Xatırladaq ki, T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub və buna görə o, 5 il azadlıqdan məhrum edilib.
T. Yaqublu bu ilin mart ayında prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb. (AzNews.az)
Qayanrinfo.az