
"Tofiq Yaqublunun saxlanma şəraiti ağırlaşdırılıb"
Qaynar.info xəbər verir ki, məlumatı Tofiq Yaqublunun qızı Nigar Yaqublu verib.
Nigar Yaqublunun sözlərinə görə, son vaxtlar Tofiq Yaqublunun saxlanma səraiti qəsdən ağırlaşdırılır: "O, asma xəstəsidir. Havaların kəskin istiləşməsi ilə əlaqədar ciddi tənəffüs problemi yaranıb. Dəfələrlə həbsxana reəbərliyinə müraciət etməsinə baxmayaraq həbsxana rəhberliyi nəinki onu qəbul etməmiş, əksinə vəziyyəti daha da pisləşdirmişdi. Belə ki, onu normadan çox məhbus yerleşdirilmiş kameraya salıblar, üstəlik orada hamı siqaret çəkir".
Tofiq Yaqublu belə hesab edir ki, bu bilərəkdən ona qarşı edilir. Bu onun sağlamlığına qəsdir və işgəncədir.
Xatırladaq ki, Şəki Ağır Cinayətlər Məhkəməsi 17 mart hökmü ilə Tofiq Yaqubluya 5 il, azadlıqdan məhrumetmə cəzası kəsib.
Elkin Xəlilov
Qaynar.info