Xəbər lenti

Tolikdən Hacıbala Abutalıbovu tənqid etdi -VİDEO
Ölkə06:20 21.10.2013

Tolikdən Hacıbala Abutalıbovu tənqid etdi -VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Buranın bələdiyyəsi, məncə, vertalyotla uçub gəlir” 

Prodüser Tolik (Tarix Əliyev) Qaraçuxur Bələdiyyəsini tənqid edib. “Qafqazinfo”nun məlumatına görə, prodüser “İnstagram”da Qaraçuxurun yollarından çəkdiyi video-çarxı paylaşıb və “Biabırçılıq” adlı şərh yazaraq yolların bərbad olmasından gileylənib: 

“Qaraçuxudayam. Buranın yollarına baxın. Buranın bələdiyyəsi, məncə, vertalyotla uçub gəlir, ya da bu yollara baxan kimdirsə. Camaat yazıq deyil, bunlar qışda nə edəcəklər?”. 

Daha sonra yolları izləyiciləri ilə müzakirə edən prodüser öz fikirlərini bölüşüb: “Bakıda yollara Bakı Şəhər İcra Hakimiyyəti baxır. Hacıbala müəllim əvvəl Suraxanı rayonun icra başçısı olub, heç olmasa, oranı abadlaşdırsın. Ziya müəllim sağ olsun, mən Gəncəyə öz maşınımla getdim, yollar güzgü kimi idi”.

 

Qaynar.info