Xəbər lenti

Torpaq sahəsi olanlar da işsizlikdən sığorta ödənişi ala biləcəklər
Ölkə 14:09 08.12.2023

Torpaq sahəsi olanlar da işsizlikdən sığorta ödənişi ala biləcəklər

Torpaq payı olan vətəndaşların işsizlikdən sığorta ödənişi almaq hüququ olacaq.

Qaynarinfo xəbər verir ki, bu məsələ  Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, qanuna işsizlikdən sığorta ödənişinin ödənilməsi üçün əsas olan əmək müqaviləsinə xitam verilməsinin əsasları əlavə edilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
 
Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->