Xəbər lenti

Tovuz istiqamətində əlavə hərbi qüvvə yığılır – ŞOK VİDEO
Ölkə04:33 22.06.2014

Tovuz istiqamətində əlavə hərbi qüvvə yığılır – ŞOK VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son günlər Tovuzun Əlibəyli kəndi istiqamətində ermənilərin atəşkəsi intensiv şəkildə pozması cəbhə bölgəsində vəziyyəti xeyli gərginləşdirib.

Xatırladaq ki, iyunun 19-dan başlayaraq ermənilərin Tovuzun sərhəd kəndlərini atəşə tutması nəticəsində Əlibəyli kənd sakinləri 72 yaşlı Qaraqız Nağıyeva və onun 5 yaşlı nəvəsi Nurcan Nağıyeva yaralanıb. Yaralılar hazırda Tovuz şəhər xəstəxanasındadılar. 

Kənd sakinlərinin Aktual.az-a verdiyi məlumata görə, ermənilərin cəbhə bölgəsində bu fəallığı Azərbaycan tərəfini təcili tədbirlər görməyə vadar edib. Sakinlər bildirir ki, bu gün günorta saatlardan başlayaraq Tovuzda olan hərbi hissələrdən cəbhəyə canlı qüvvələr cəlb edilir. Canlı qüvvələr əsasən Tovuzun ermənlərlə sərhəd olan iki kəndində - Əlibəyli və Ağdam kəndində səfərbər edilir.

Tovuz sakinlərinin Aktual.az-a göndərdiyi videoda 20-dən çox “ZİL” “KAMAZ“ və “URAL“ markalı hərbi texnikanın Əlibəyli və Ağdam kəndi istiqamətinə əsgər daşıdığını göstərilir.