
Tovuz rayonunun Əlibəyli kənd sakini cəbhənin təmas xəttində düşmən snayperi tərəfindən vurulub.
ANS PRESS-in məlumatına görə, ağır yaralanan 30 yaşlı Musayev Adil Vəkil oğlu Tovuz rayon xəstəxanasına çatdırılıb. İlkin müayinədən sonra yaralı xəstəxanadan götürülərək, Şəmkir istiqamətinə aparılıb. Onun Şəmkir hospitalına yerləşdirildiyi bildirilir.
Əlibəyli kənd sakinlərinin verdikləri məlumata görə, hadisə BMT-nin nümayəndə heyətinin cəbhə xəttində monitorinq apardığı zaman baş verib.
Qaynar.info