Tovuz Rayon Statistika İdarəsinin rəisi vəzifəsinə yeni təyinat olub.
"Report"un məlumatına görə, Dövlət Statistika Komitəsi sədrinin müvafiq əmri ilə Niyazi Tağıyev bu vəzifəyə təyinat alıb. O bu postda Qasım Hüseynovu əvəz edib.
Tovuzun Əlimərdanlı kəndində doğulan N.Tağıyev, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. O, yeni təyinata qədər həmin idarədə baş məsləhətçi, aparıcı məsləhətçi vəzifələrində çalışıb.
Qaynarinfo.az