Xəbər lenti

Tovuzçayda antisanitar vəziyyət hökm sürür (VİDEO)
Ölkə18:14 26.03.2022

Tovuzçayda antisanitar vəziyyət hökm sürür (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tovuzçay çayının rayonun Bozalqanlı kəndi ərazisindən keçən hissəsində antisanitar vəziyyət hökm sürür. Çayin sahili zibilliyə çevrilib.
Dünyasını dəyişmiş insanın yataq dəsti, heyvan leşləri, məişət tullantıları, sınmış şüşə, plastik qablar, tikinti materialları qalıqları və başqa tullantılar axar çaya atılır.
Hazırda Tovuzçayın sahili zibil poliqonunu xatırladır.
Yaxınlıqda yaşayanların sözlərinə görə, bu vəziyyət uzun müddətdir ki davam edir.
Bozalqanlı kənd inzibati ərazi dairəsinin nümayəndəsi Azər Hacıyev "Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, əraziyə zibil tökülməsindən xəbərsizdir. O vəd edib ki, iş günü başlayanda sözügedən əraziyə baxış keçiriləcək və aidiyyəti qurum tərəfindən müvafiq addımlar atılacaq.//Xəzər TV
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/h5-C60e3jDo" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">