Xəbər lenti

Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey atası imiş (YENİLƏNİB)
Ölkə 10:08 16.12.2025

Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey atası imiş (YENİLƏNİB)

Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey atası olub.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, saxlanılan ögey ata ikinci ailəsindən olan qızına toy edən zaman polis əməkdaşları tərəfindən qarşısı alınıb.

Hazırda araşdırma aparılır.
 
09:04

Tovuzda 14 yaşlı qızın toy mərasiminin qarşısı alınıb.

Bu barədə Qaynarinfo-ya DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Qeyd edilib ki, Tovuz Rayon Polis Şöbəsinə rayonun Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar.

Onlarla profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib və barələrində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə valideynlərdən biri 1 ay müddətinə inzibati qaydada həbs edilib

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->