Ölkə 09:26 27.05.2023

Tovuzda 75 yaşlı kişi minaya düşdü - TƏFƏRRÜAT

Bu gün saat 8:00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlayışı baş verib.

DİN-in mətbuat xidmətinin regional qrupundan Qaynarinfo-ya bildirilib ki, kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub.
 
Dərhal polis əməkdaşları hadisə yerinə gələrək A.Ələsgərovu xəstəxanaya çatdırıblar.

Onun sol ayağından xəsarət aldığı bildirilir.

Hazırda xəstəxanada müalicəsi davam etdirilir.
 
***
 
Tovuz rayonunda yerli sakinin minaya düşərək yaralandığı hadisənin təfərrüatı məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, 1948-ci il təvəllüdlü Abdulla Ələsgərov mal-qaranı otaran zaman qadağan olunmuş əraziyə keçib və nəticədə mina partlayışı baş verib.

Əvvəllər həmin şəxsə ərazinin minalı sahə olması, həyatı üçün təhlükəli olduğu barədə dəfələrlə xəbərdarlıq olub.

Faktla bağlı araşdırma davam etdirilir.