Xəbər lenti

Tovuzda ağır qəza - Polis zabiti öldü
Ölkə18:55 12.07.2016

Tovuzda ağır qəza - Polis zabiti öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tovuzda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Ağbulaq kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, hadisə yerinin yaxınlığında yerləşən istirahət mərkəzlərinin birində dincələn Eyvaz Həsənov həyat yoldaşı ilə yol gedərkən idarəetməni itirib və maşın yolun kənarındakı divara çırpılıb.

Qəza nəticəsində Eyvaz Həsənov dünyasını dəyişib, həyat yoldaşı isə müxtəlif bədən xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişən 1980-ci il təvəllüdlü polis baş leytenantı Eyvaz Həsənov Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu tağımının baş inspektoru vəzifəsində çalışıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşlar tərəfindən araşdırma aparılır.(APA)

Qaynarinfo.Az