Xəbər lenti

Tovuzda ağır qəza: yaralılardan birinin vəziyyəti kritikdir
Ölkə19:26 28.08.2019

Tovuzda ağır qəza: yaralılardan birinin vəziyyəti kritikdir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səhiyyə Nazirliyi Tovuzda baş vermiş qəza barədə məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Tovuzda baş verən yol nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb. Onlardan 21 yaşlı oğlanın vəziyyəti ağır kritikdir. Ona döş qəfəsinin əzilməsi, sol aşağı və yuxarı ətrafların sınığı diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib. 
Digər 2 nəfər isə travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.
Xatırladaq ki, avqustun 28-də Tovuzda "VAZ 2107" və "VAZ 2106" markalı avtomobillər toqquşub. hadisə nəticəsində bunlar 1974-cü il təvəllüdlü Natiq Həsənov, 1993-cü il təvəllüdlü Fərid Rzayev və 1998-ci il təvəllüdlü Ruslan Əsgərov xəsarət alıblar.