Xəbər lenti

Tovuzda baş vermiş atışmada hərbçimiz yaralandı
Ölkə05:15 28.03.2014

Tovuzda baş vermiş atışmada hərbçimiz yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gecə Tovuzda son ayların ən qızğın və intensiv atışması baş verib

Erməni silahlı qüvvələri gecə saatlarında Tovuz rayonu Əlibəyli kəndi istiqamətində atəşkəsi pozub.

ANS PRESS-in verdiyi xəbərə görə, son ayların ən qızğın döyüşlərindən biri kimi qəbul edilən atışmada ermənilər iri çaplı silahlarla Tovuz rayonu Əlibəyli kəndini aramsız olaraq atəşə tutublar.

Gecə saatlarında Əlibəyli kəndinin erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində Azərbaycan ordusunun hərbçisi də ayağından yaralanıb. Hələ ki, onun adı açıqlanmayıb.

Düşmən həmləsi həmçinin kənd sakinlərindən bəzilərinə maddi zərər vurub. Belə ki, onlardan bəzilərinin evlərinin və avtomobillərinin şüşəsinə zərər dəyib.

Qeyd edək ki, atışma zamanı Əlibəyli sakini 44 yaşlı Tağıyev Elman Qoca oğlu düşmən gülləsinə tuş gələrək ayağından yaralanıb.

Qaynar.info