Xəbər lenti

Tovuzda bir ailənin məhv olduğu qəzanın TƏFƏRRÜATLARI... - FOTOLAR
Ölkə14:31 10.07.2015

Tovuzda bir ailənin məhv olduğu qəzanın TƏFƏRRÜATLARI... - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qəzada ölənlərin kimlikləri məlum olub 

Bu gün səhər saatlarında Tovuzda baş verən dəhşətli yol qəzasının bəzi təfərrüatı məlumat olub.

Lent.az-ın məlumatına görə,  “Mercedes” markalı avtomobilin qəzada dünyasını dəyişən sürücüsü Nadir Məmmədovun nənəsi dünən gecə dünyasını dəyişib. Ailə üzvləri yas mərasiminə getmək üçün səhər saatlarında yola çıxıblar. Tovuz rayonu ərazisində isə dəhşətli qəzaya düşüblər.

Qeyd edək ki, Nadir Məmmədov Azərbaycan Silahlı qüvvələrinin hərbçisi olub.

Xatırladaq ki, qəzada ölənlərin hamısı bir ailənin üzvü olub. Onlar “Mercedes”in sürücüsü, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Nadir Məmmədov, onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Nərmin Tanrıverdiyeva, övladları, 10 yaşlı Aslan və 3 yaşlı Əsmadır.

Qaynar.info