Xəbər lenti

Tovuzda dəhşət: Ana öldü, 16 yaşlı oğlu yaralandı
Ölkə16:11 01.07.2016

Tovuzda dəhşət: Ana öldü, 16 yaşlı oğlu yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yolı-nəqliyyat qəzası baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Tovuz rayonunun Qovlar şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. "Hyundai" və "Nissan" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ağır xəsarət alıb. Onlar dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
1969-cu il təvəllüdlü Almaz Həsənovanı xilas etmək mümkün olmayıb. Onun oğlu, 2000-ci il təvəllüdlü Dulqay Əhmədovun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. 
Qaynarinfo.az