
Bakı-Qazax magistral yolunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə yolun Tovuz rayonun Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“KİA” və “VAZ-2101” markalı avtomobillərin toqquşması nəticəsində Tovuz rayonu, Qovlar şəhər sakini 1977-ci il təvəllüdlü Hüseynov Ədalət müxtəlif bədən xəsarəti ilə Tovuz rayon mərkəzi xəstəxanaya yerləşdirilib. Qəza zamanı başqa xəsarət alanlarında olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. (APA)
Qaynarinfo.Az