Xəbər lenti

Tovuzda ilanlar qadınlara hücum etdi
Ölkə11:41 20.06.2015

Tovuzda ilanlar qadınlara hücum etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gecə Tovuz rayonunda iki qadını ilan sancıb. Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini Mahirə Quliyevanın anspress-ə verdiyi məlumata görə, hadisə dünən axşam 20 radələrində qeydə alınıb.
Axşam saatlarında 1970-ci il təvəllüdlü Sveta Məhərrəm qızı Poladova xəstəxanaya daxil olub. Onun ayağından ilan sancıb. əstəyə dərhal ilan əleyhinə zərdab vurulub. Hazırda vəziyyəti stabildir.
Eyni vaxtda xəstəxanaya daha bir qadın ilan sancması ilə daxil olub. Xəstəxanaya gətirilən 1976-cı il təvəllüdlü Xəyalə Cavad qızı Tanrıverdiyava müayinə edilib. Məlum olub ki, ilan onun sağ əlini sancıb. Qadına dərhal zəhər əleyhinə zərdab vurulub.
Edilən müdaxilələrə baxmayaraq onun yarası ağırlaşıb. Əli get-gedə şişməyə başlayıb.
"Hazırda Bakıdan kömək çağırmışıq. GƏlib onu Bakıya aparacaqlar. Xəstənin həyatı üçün təhlükə var", - deyə Mahirə Quliyeva bildirib.
Qaynar.info