Xəbər lenti

Tovuzda kütləvi dava zamanı Nizami Vəliyev necə qətlə yetirilib? (FOTO/VİDEO)
Ölkə14:11 12.05.2023

Tovuzda kütləvi dava zamanı Nizami Vəliyev necə qətlə yetirilib? (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən ilin iyul ayında Tovuzda kütləvi dava zamanı krminal aləmdə tanınmış şəxsi qətlə yetirməkdə günahlandırılan şəxslərə hökm oxunub. 
Qaynarinfo-nun məlumatına görə, məhkəmənin qərarı ilə dava zamanı 1987-ci il təvəllüdlü Vəliyev Nizami Əli oğlunu bıçaqlanaraq qətlə yetirməkdə təqsirləndirilən 1983-cü il təvəllüdlü Əhmədov Vüsal Xəqani oğluna 17 il və 1987-ci il təvəllüdlü Tağıyev Anar Məmməd oğluna isə 16 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. 
Məhkəmədə qətl törətməkdə təqsirləndirilən şəxslər qətlə yetirdikləri Nizami Vəliyevin və Məhi adlı şəxsin rayonda krminal aləmdə nüfuzu olan şəxslər kimi təqdim ediblər. 
Məhkəmədə təqsirləndirilən V.Əhmədov baş verən kütləvi dava barədə danışaraq bildirib ki, o, Tovuz rayonunda qeydiyyatda olsa da, Bakı şəhərində yaşayır. 2022-ci ilin iyul ayının əvvəllərində iş yoldaşı, Qazax rayon sakini Eldəniz adlı şəxs ona zəng edib tanışının Tovuz rayonunda Məhər adlı oğlanla dalaşdığını və bu barədə maraqlanıb onunla söhbət etməyini xahiş edib. O da Məhərin nömrəsini tapdıqdan sonra zəng edib dava-dalaşla bağlı ondan maraqlanıb. Həmin vaxtı Məhər telefonu yanında olan Nizami adlı şəxsə verib. O, Nizamini əvvəllər rayon sakini kimi tanıyıb və dava-dalaşa meyilli biri olduğunu, sərxoş olanda heç bir səbəb olmadan söyüş söyməsini bildiyindən onunla mülayim danışıb.
Hər şey bundan sonra baş verib. 11 iyul 2022-ci il tarixdə saat 11 radələrində Vüsal, Anar və Kənan birlikdə rayonda "Əsrik” dərəsi deyilən yerdə yeyib-içmək təyin etsələr də, bu baş tutmayıb. 
Həmin vaxt Nizami onları Tovuz rayonunun Abulbəyli kəndi ərazisində yerləşən "060” çay evinə çağırıb. Çay evində olanda Nizami özü, Məhər və adını bilmədiyi qardaşı ilə orada olublar. 
Nizami çay evində Vüsala onun dalınca danışdığını deyib. O da Nizamiyə onunla heç bir düşmənçiliyinin olmadığını və haqqında heç kimə bir söz demədiyini bildirib. Orada söhbətləri zamanı onların bir-birləri ilə hər hansı sözlü mübahisələri olmayıb. 
Daha sonra dostlar birlikdə Tovuz şəhər ərazisində yerləşən "Elton” kafesinə gediblər. Həmin vaxt Nizami yenidən Kənana zəng edib, onlarla oturub söhbət etməyə çağırıb. Kənan da işlərinin olduğunu və daha sonra görüşüb söhbət edəcəklərini bildirib. Nizami dayanmadan Kənana zənglər edib. Nizami yenidən Kənana zəng edəndə telefona Anar cavab verib. Həmin vaxtı Nizami Anarın ünvanına nalayiq söyüşlər söyüb. Onu Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən "Komfort” çay evinə dəvət edib. Anar stoldan əsəbi halda duraraq maşınına oturub. Vüsal və Kənan Anarı tək qoymamaq üçün onunla gediblər. Yolda olanda Kənan Rasim adlı tanışını da özləri ilə götürüb. Nizami onları yolda gözləyib. Anar özü avtomobildən düşərək Nizaminin üzərinə doğru gedib. Nizami ilə birbirlərinə bıçaqla xəsarət yetirməyə çalışıblar. 
Həmin vaxt Vüsal Nizami ilə Anarın bir-birlərinə bıçaqla xəsarət yetirmək istədiklərini görüb, onları aralamaq istəyib. Bu zaman Nizami əlində olan bıçaqla onun əlinə xəsarət yetirib. 
Vüsal Nizaminin bu hərəkətindən əsəbləşib, onun sol qoluna xəsarət yetirmək istədikdə, bıçaq ürək nahiyəsinə dəyib. Daha sonra Nizami yaralı halda Anar, Vüsal, Kənan və Rasimin üzərinə bıçaqla hücum çəkib. 
Həmin vaxt Anar və Vüsal yaralı olduqlarından, Kənan və Rasimlə birlikdə Tovuz Mərkəzi Xəstəxanasına gediblər. Maşınla gedərkən Vüsal yolda Anara Nizamini ürəyindən bıçaqladığını deyib. Anar da ona narahat olmamağı və Nizaminin ölməyəcəyini bildirib. Mərkəzi Məstəxanada onlara ilkin tibbi yardım göstəriblər. 
Daha sonra polis əməkdaşları da xəstəxanaya gəlib. Onlar könüllü olaraq Nizamini bıçaqla vurduğunu bildiriblər. Vüsal və Anar xəstəxanada olanda Nizaminin almış olduğu xəsarətdən hadisə yerində öldüyünü biliblər.
Əhməd