
Tovuz rayonunda orta məktəb binasında yanğın başlayıb.
APA-nın verdiyi məlumata görə, yanğın Yeni Alakol kənd orta məktəbində qeydə alınıb. Tovuz rayon Yanğından Mühafizə Hissəsindən bildirilib ki, hadisə yerinə 4 yanğınsöndürən avtomobil və 20-yə yaxın canlı qüvvə cəlb olunub.
Hazırda yanğının söndürülməsi davam etdirilir.
Qaynarinfo.az