Xəbər lenti

Tovuzda məktəbdə qan düşdü
Ölkə09:45 29.11.2013

Tovuzda məktəbdə qan düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tovuz rayonunda məktəblilər arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

Tovuz rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Alakol kəndində baş verib.

Məlumata görə, kənd sakini 15 yaşlı Kamran Quliyev bıçaq xəsarətləri ilə Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Məktəbli döş qəfəsinin deşilmiş-kəsilmiş yarası diaqnozu ilə cərrahiyyə şöbəsində əməliyyat edilib. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Tovuz rayon Polis Şöbəsindən bildiriblər ki, K. Quliyevin məktəbli yoldaşları ilə mübahisə edib. Faktla bağlı araşdırma aparılır.

Qaynar.info